Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2015

Çempionlar liqası: gözlər səbətə yönələcək

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cütlükləri məlum olacaq.

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar liqasının püşkatma mərasimi təşkil ediləcək.

16 futbol komandası 2 səbətə bölünüb. Qrup qalibləri, qrupun ikinciləri və eyni ölkə təmsilçiləri, həmçinin bir qrupda mübarizə aparmış komandalar üz-üzə gələ bilməyəcəklər.

Bu da o deməkdir ki, 1-ci yerin sahibləri növbəti mərhələdə 2-cilərlə qarşılaşacaq. Əsasnaməyə görə, ilk oyunlar ikincilərin meydanında baş tutacaq.

Səbətlər:
1-ci səbətdə qrup qalibləri: "Real Madrid”, "Atletiko Madrid”, "Barselona" (hamısı İspaniya), "Volfsburq", "Bayern Münhen”" (hər ikisi Alrmaniya), “Mançester Siti”, “Çelsi” (hər ikisi İngiltərə), “Zenit” (Rusiya)

2-ci səbətdə qrup ikinciləri: "Arsenal" (İngiltərə), "Yuventus", "Roma" (hər ikisi İtaliya), PSJ (Fransa), "Benfika" (Portuqaliya), "Dinamo Kiyev” (Ukrayna), PSV (Hollandiya), "Gent" (Belçika).

Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Dünyanın bir çox ölkələri tədbiri canlı yayımlayacaq. Çempionlar liqasının final oyunu Milanın "San Siro" stadionunda baş tutacaq.



Çempionlar liqasının sonuncu qalibi "Barselona" olub. Katalonlar finalda "Yuventus"u məğlub edərək 2014-cü ildə çempion olub.
1437 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:22