Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2015

Rusiya Türkiyədən BMT-yə şikayət edəcək

“Rusiya BMT Təhlükəsizlik Şurasında Türkiyəyə qarşı sanksiyaların tətbiqi haqqında məsələni qaldıra bilər. Amma Moskvada bu barədə hələ qərar qəbul edilməyib”.

Bu barədə “RİA-Novosti” agentliyinə müsahibəsində Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib.

Qeyd edək ki, Rusiya Türkiyənin İŞİD-dən neft aldığını iddia edir. Müdafiə Nazirliyi iki həftə əvvəl bunu sübut etmək üçün peykdən və pilotsuz uçuş aparatlarından çəkilən şəkilləri dərc edib. Rusiya neftin bir hissəsinin Ceyhan limanı ilə ixrac edildiyini, digər hissəsinin isə Batman neft emalı zavoduna göndərildiyini bildirir.
1514 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.10.17, 23:30
GÖZƏL DUA - VİDEO
17.10.17, 22:28
Lerikə güclü qar yağıb