Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2015

Qazı olmayan Saatlı sakinləri yolu bağladı

Saatlı rayonunun Yeni Novruzlu kəndinin sakinləri bu gün səhər saatlarında Saatlı-Sabirabad avtomobil yolunu bağlayıblar.

Yeni Novruzlu sakinlərinin verdiyi məlumata görə, kəndə 6-7 ay əvvəl yeni qaz xətləri çəkilsə, hətta xətlərin rəsmi açılışı olsa da evlərə hələ də qaz verilməyib, ümumən xətlərə qaz buraxılmayıb.

Buna etiraz edən 100-ə yaxın Yeni Novruzlu sakini bu gün səhər saatlarında kəndin ərazisindən keçən yolu 1 saata yaxın müddətdə bağlayıb. Hadisə yerinə gedən Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları ilə aparılmış danışıqlardan sonra sakinlər yoldan çəkiliblər. Bundan az sonra kəndə qaz verilməsinə başlanılıb.

Qeyd edək ki, kənddə 250 abonent var./virtualaz/
1290 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:14
Gənc qadın boğazından