Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2015

Parisdə həyəcanlı anlar - İŞİD-çi məktəbə hücum etdi

13 noyabr terrorundan sonra bu gün Parisdə növbəti dəfə gərgin anlar yaşanıb.

İŞİD üzvü Paris məktəblərinin birinə bıçaqla hücum edib.

Məktəbdəki siniflərdən birinə daxil olan terrorçu, əlindəki bıçaqla 45 yaşlı müəllimə bir neçə zərbə endirib.
«Europe 1» radiostansiyası Paris Prokurorluğuna istinadən məlumat yayıb ki, əynində papaqlı gödəkçə, əllərində əlcək olan terrorçu, hücum zamanı İŞİD-lə bağlı şüarlar səsləndirib və bu hücumun xəbərdarlıq olduğunu bildirib.

Paris Antiterror İdarəsi cinayətkarın tapılması üçün xüsusi əməliyyata başlayıb, axtarışlar davam edir.

Xatırladaq ki, fransız dilində nəşr olunan "Dar əl-İslam" jurnalında İŞİD Fransadakı müəllimləri "Allahın düşmənləri" adlandırıb və tərəfdarlarını onları öldürməyə çağırıb.
1265 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı