Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2015

Məhəmməd Əlinin malikanəsi əlcəklərindən ucuz satılır

Əfsanəvi boksçu Məhəmməd Əlinin malikanəsi daşınmaz əmlak bazarında satışa çıxarılıb. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Filadelfiya ətrafında yerləşən malikanə 750 min dollara satılır.

1965-ci ildə meşəlik ərazidə tikilən malikanənin sahəsi 621 kvadratmetrdir.

Evdə 5 yataq otağı, 5 vanna otağı, 14 metr uzunluğunda bar, hovuz və həyətdə tennis kortu var.

Xatırladaq ki, bu ilin əvvəlində M.Əli və onun rəqibi Sonni Listonun əlcəkləri hərracda 956 min dollara satılmışdı. Həmin əlcəklər 1965-ci ildə tərəflər arasında məşhur döyüşdə istifadə edilmişdi.
1322 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi