Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2013

Polis və xüsusi xidmət orqanları vəhhabilər toplaşan məscidləri nəzarətə götürdü

“Bakı və ətraf rayonlardakı məscidlər son günlər ciddi polis nəzarətindədir”.

Bu məlumat virtualaz.org saytına dindarların bir qrupu tərəfindən verilib. Onların sözlərinə görə, Bakıdakı və ətraf rayonlarda olan məscidlər son bir neçə gündür ki, polislər və xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən ciddi nəzarət altında saxlanılır.

Müxbirimiz bu məlumatı araşdırmaq məqsədilə dünən və bu gün paytaxtdakı bir neçə məsciddə olub, müşahidə aparıb. Məlum olub ki, deyilənlər öz təsdiqini tapır. Belə ki, müşahidələrə görə, məscidlərin, əsasən də vəhhabilərin toplaşdığı ibadət evlərinin hamısı ciddi nəzarətdədir. Əməkdaşımızın məscidlərdən aldığı xəbərdə deyilir ki, bu mühafizənin gücləndirilməsinə səbəb son zamanlar ölkədə təriqətlər arasında yaşanan gərginlik, hətta ayrı-ayrı dini qruplar arasında baş verən silahlı qarşıdurmalardır.

Polisin məscidlərdə nəzarətini daha da gücləndirən hadisə isə dekabrın 11-də baş verdi. Həmin gün saat 20:30 radələrində Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən “Çay evi”ndə ektremist təmayüllü “xəvarici”lərlə “sələfi” təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində silahlı atışma baş verib. Mübahisə zamanı qumbara və avtomat silahlardan da istifadə edildi. Şübhəli şəxs qismində saxlanılanların evlərinə baxış zamanı qumbara da aşkarlanmışdı.

Bu hadisədən sonra isə daha çox vəhhabilərin ibadət etdiyi "Qaraçuxur" və "İlahiyyat" məscidləri ciddi şəkildə nəzarətdəsaxlanılır. Məscidlərdə insanların daha çox olduğu günlərdə, xüsusilə də cümə namazlarında polis əməkdaşlarının sayı daha çox olur.

Qaraçuxur vəhhabi təriqətinə mənsub dindarların üstünlük təşkil etdiyi ərazidir. Burada dəfələrlə silahlı insidentlər qeydə alınıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin də mövqeyini öyrəndik. DİN mətbuat xidməti rəisinin müavini Ehsan Zahidov virtualaz.org-a açıqlamasında bildirdi ki, ölkədə asayişin təmin olunması üçün polis əmkdaşları daima öz vəzifələrini yerinə yetirilər. Onun sözlərinə görə, məscidlərdə asayişin qorunması və xüsusi nəzarətin olması haqda xüsusi olaraq heç bir tapşırıq yoxdur, sadəcə asayiş hər yerdə olduğu kimi orada da qorunur.
1590 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber