Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2015

Cəmil Həsənli Fuad Qəhrəmanlıya görə hakimiyyəti ittiham etdi

Demokratik Qüvvələrin Milli Şurasının sədri, professor Cəmil Həsənli AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsinə münasibət bildirib. Cəmil Həsənli “Turan”ın Vaşinqton bürosuna açıqlamasında Fuad Qəhrəmanlıya qarşı ittihamların yalan, əsassız olduğunu bildirib.

Milli Şura sədri qeyd edib ki, Fuad Qəhrəmanlının həbsi gözlənilməz olmayıb, çünki AXCP üzvü olması, həmçinin hökumətin siyasətini açıq şəkildə tənqid etməsi onu çoxdan hakimiyyətin hədəfinə gətirmişdi.

“Hakimiyyətin əsas məqsədi vaxtilə ölkənin müstəqilliyində çox vacib rol oynamış, indi də Azərbaycanda demokratik dəyərlərin bərqərar olması uğrunda mübarizə aparan Xalq Cəbhəsi Partiyasını tamamilə sıradan çıxarmaqdır”, – deyə Cəmil Həsənli vurğulayıb.
1158 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51
Hələbdəki terro