Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2015

Hakimiyyət kütləvi ixtisarlara başlayır

Büdcə təşkilatlarına ixtisara salına biləcək əməkdaşların və “ölü canlar”ın siyahısının hazırlanması barədə göstəriş verilib. Bu barədə “Azadlıq”a daxil olan məlumatda deyilir ki, ayın sonuna qədər siyahı hazırlanmalıdır. Bildirilir ki, növbəti ildən kütləvi ixtisarlara başlanılacaq.

“Idarələrə xüsusi olaraq tapşırılıb ki, ”ölü canlar”ın siyahısı dəqiq hazırlansın. Məlumdur ki, əksər idarə və müəssisələrdə kimlərinsə adına maaş yazılır. Böhran hakimiyyəti bu məsələyə də diqqət ayırmağa məcbur edib. Beləliklə, artıq “ölü canlar” olmayacaq. Idarə və müəssisələrə tapşırıl ki, əgər belə hal aşkar olunarsa, ciddə şəkildə cəza tədbirləri görüləcək”, – deyə mənbə bildirib.


Qaynağımız onu da bildirib ki, dövlət əhəmiyyətli layihələri icrasına da “stop” qoyulub: “Onsuz da dövlət əhəmiyyətli layihələrə ayrılan vəsait yarıbayarı azaldılmışdı. Lakin görünür, vəziyyət çox kritikdir. Ona görə də hətta layihələrəayrılan vəsaitə hələlik dəyilməməsi tapşırılıb”.
1067 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:13</