Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2015

Müəmmar Qəddafinin oğlu Livanda saxlanıldı

Liviyanın keçmiş başçısı Müəmmar Qəddafinin oğlu Hannibal Livanda saxlanılıb.

Bu barədə “Ən-Nahar” qəzeti xəbər verib. Məlumata əsasən, dindirilmədən sonra məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. Hannibal Qəddafi 1978-ci ildə Liviyada müəmmalı şəkildə itkin düşən İmam Musa Sədr barədə məlumatı qəsdən gizlətməkdə təqsirli bilinir.

Qeyd edək ki, bir neçə gün əvvəl Hannibal Qəddafi Livanda oğurlanıb, sonra isə təhlükəsizlik orqanlarına təhvil verilmişdi. Mühacir həyatı yaşayan 40 yaşlı Hannibal Qəddafi livanlı model Alina Skaffla evlidir və tez-tez Beyrutda olur./apa/
1048 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber