Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2015

Taksi sürücüləri əməkhaqlarını tələb edir

«Bakı-Taksi» MMC-nin öz işçilərinə 10 min manatdan çox borcu var

“Bakı-Taksi” MMC-nin servis müdiri və çilingərlərindən ibarət bir qrup şikayətçi Iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevə müraciət edib. Onlar nazirə ünvanladıqlarını məktubun surətini “Azadlıq”a da göndəriblər. Müxtəlif illərdə“Bakı Taksi” MMC-yə işə qəbul olunan şikayətçilər əməkhaqlarını tələb edirlər:

“Şirkətdə çalışdığımız müddətdə iş qabiliyyətimizə və bacarığımıza görə həmişə müsbət mənada fərqlənmişik. Qazandığımız zəhməthaqqı ilə ailələrimizi birtəhər dolandırırdıq. 2015-ci ilin sentyabrından indiyə qədər isə rəhbərlik aylıq maaşımızı və məzuniyyət haqqımızı vermək istəmir. Müraciət edəndə müxtəlif bəhanələrlə bizə yalan vədlər verərək, hamımızı işlədirlər.


Şirkətin bizə olan borcu şəxslər üzrə müxtəlifdir. Kirayədə yaşayanlarımız, həmçinin, mağazalara çörək və ərzaq üçün xeyli miqdarda borcu olanlarımız da var. Uşaqlarımızın isti geyimi olmadığı üçün məktəbə getməkdə çətinlik çəkirlər. Şirkət rəhbərliyi isə haqqımızı tapdayaraq, biganəlik nümayiş etdirir. Xahiş edirik, “Bakı-Taksi” MMC-nin özbaşınalığına son qoymaqla borclu olduğu əməkhaqqımızı almaqda bizə kömək edin”.

Məlumata görə, şirkətin işçilərə 10 min 420 manat borcu var.
986 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.1