Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Dekabr 2013

Ehtiyatda olan zabit nazirliyin bəyanatına cavab verdi

Müdafiə Nazirliyinin ehtiyatda olan zabiti nazirliyinin bəyanatına cavab verdi

Yeni Müdafiə nazirinin təyinatından sonra mətbuatda nazirlikdə baş verən bir çox proseslər haqqında məlumatlar dərc olunur. Yersiz kadr islahatı, bölgələrə səfərlər vaxtı baş verən qeyri-dəqiqliklər və s.
Müdafiə Nazirlyi də öz növbəsində mətbuatda açıqlama verən keçmiş hərbi qulluqçular barəsində bəyanat dərc edib. Bəyanatda qeyd olunur ki, əvvəllər Silahlı Qüvvələrdə xidmət etmiş, keçmiş hərbi qulluqçular ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışırlar. Ordu sıralarından kənarlaşdırılaraq, xidmətdən təcrid edilmiş bəzi keçmiş hərbi qulluqçular kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yalan və böhtan xarakterli məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışırlar.

Nazirlikdən verilən bəyanata reaksiya verən ehtiyatda olan zabit, hərbi-ekspert Üzeyir Cəfərli bildirib ki, Müdafiə Nazirliyinin rəhbərliyi mətbuatda yazılan hər bir məlumta vaxtı-vaxtında reaksiya verməlidi: “Mənim anladığım qədər Müdafiə Nazirliyi qabaqdan gəlmişlik edir. Əvvəla onu qeyd edim ki, bəyanatı hazırlayan şəxsin hərbi sahədən anlayışı yoxdur. Müdafiə nazirliyində hərbi qulluqçular nizamnaməyə əsasən xidmət keçirlər. Bəyanatda qeyd olunan "işdən çıxarılan hərbi qulluqçu", "xidmətdən təcrid edilmiş" ifadələri təmamilə yerində olmayan bir ifadədir. Müdafiə Nazirliyinin rəhbərliyi mətbuatda yazılan hər bir məlumata vaxtı-vaxtında reaksiya verməlidir. Bu gün cəmiyyətə və mətbuata ünvanladıqları iradı ilk növbədə özlərinə yönəltməlidirlər. Bəyanatda qeyd olunur ki, çox vaxt mətbuatda qərəzli və həqiqətə uyğun olmayan yazılar dərc olunur. Müdafiə Nazirliyinə sual ünvanlanmalıdır ki, nədən vaxtında bu qərəzli və yalan məlumatlara cavab verilmir? Düzü bu bəyanatda dolayı yollarla mənə də işarə olunduğunu duyuram. Çünki, yeni Müdafiə Nazirinin təyinatından sonra ən çox mən açıqlamalarla çıxış etmişəm. Mən 10 ilə yaxındır ki, Müdafi Nazirliyi sıralarından tərxis olunmuşam və görməmişəm ki, bu müddət ərzində ordu sıralarından tərxis olunan kimsə mətbuata açıqlama versin. Müdafiə Nazirliyi bu bəyanatdansa, mətbuatda dərc olunan məsələlərə aydınlıq gətirsin. Necə olur ki, mülküdən gələn insana mayor rütbəsi verilir? Necə olur ki, xəstəliklə ordu sıralarından tərxis olunmuş bir şəxs Müdafiə Nazirliyi Mərkəzi Klinikləri Hərbi Qospitalna rəis təyin olunur? Necə olur ki, ölkənin əsas strateji hərbi hissələri ləğv olunur? Bu baxımdan ictimaiyyətin Müdafiə Nazirliyindən gözlədiyi islahatlar özünü doğrultmur. Bu cür yanaşma təzə nazir üçün uğurlu addım deyil."/deyerler/
1599 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:10