Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2015

Bakıda 15 yaşlı məktəbli bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Yasamal Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, 2000-ci il təvəllüdlü Kamran Kamil oğlu Abbaszadə naməlum şəraitdə bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğu üçün onu dindirmək hələlik mümkün olmayıb.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir.

Qeyd edək ki, bıçaqlanan K. Abbaszadə orta məktəb şagirdidir./apa/
1057 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı