Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2015

Maşallah Əhmədov həbs olundu!

O, 72 min manatlıq dələduzluqda ittiham olunur

Azərbaycanın məşhur futbolçusu Maşallah Əhmədov saxlanılıb. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, M.Əhmədov dələduzluqda təqsirləndirilir.

Onunla bağlı idarəyə şikayət daxil olub və daxil olan şikayət əsasında polis araşdırmalara başlayıb.

Xatırladaq ki, Maşallah Əhmədov Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Veteran futbolçuya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. O, 72 min manatlıq dələduzluqda ittiham olunur./apa/
1166 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP