Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2013

Bağdadda atışma və partlayışlar nəticəsində 6 nəfər ölüb, 18 nəfər yaralanıb

İraqın paytaxtı Bağdadda atışma və partlayışlar nəticəsində 6 nəfər ölüb, 18 nəfər yaralanıb. Apa-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, Bağdadın cənub-şərqində yerləşən açıq tipli bazarın qarşısında törədilmiş partlayış nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

Bundan başqa Bağdadın şimal-şərqindəki Hüseyniyyə rayonunda yerləşən restoranda baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Hüriyyə rayonunda isə silahlılar ərzaq mağazasının sahibini qətlə yetiriblər.
1550 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber