Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2015

Qanun zəifliyindən 10 ayda 10 min ailə dağılıb

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədə 138,4 min körpə doğulub və əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstərici 17,4 təşkil edib

Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilir. Hesabatda qeyd olunub ki, doğulan körpələrin 53,3 faizini oğlan, 46,7 faizini qız uşaqları təşkil edir. Doğulan körpələrdən 2516-sı əkiz, 72-si isə üçəmdir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ilin 10 ayı ərzində 45,5 min ölüm halı qeydə alınıb və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb.

Ölkə əhalisinin sayı ilin əvvəlindən 94,3 min nəfər və ya 1 faiz artaraq bu ilin noyabrın 1-nə olan məlumata görə 9 milyon 687 min 300 nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir.

Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1 000 kişiyə 1 009 qadın düşür.
Bundan başqa, qeydiyyat şöbələri tərəfindən ölkədə 58,3 min nikah və 10,7 min boşanma halları qeydə alınıb, əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,3, boşanmaların sayı isə 1,3 təşkil edib.

Eyni zamanda, bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2 263 nəfər gələn və 950 nəfər ölkədən gedən qeydə alınıb.
1112 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP