Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2015

Rusiya İŞİD-ə kömək edənləri araşdırır

Rusiyanın baş təhlükəsizlik agentliyi bildirir ki, İŞİD silahlı qruplaşmasına yardım etməkdə şübhəli bilinən 1600 fərd və təşkilatı araşdırır.

KGB-nin varisi olan Federal Təhlükəsizlik Xidmətinin direktoru Alexander Bortnikov dekabrın 15-də deyib ki, agentlik Suriya və İraqda ekstremist qruplara qoşulmaqda şübhəli bilinən 2900 rusiyalını müəyyənləşdirib. Onlardan 198-i döyüşlərdə həlak olub, 214 nəfər Rusiyaya qayıdıb. Qayıdanlardan 80 nəfər artıq məhkum edilib, 41 nəfər həbs olunub.

Prezident Vladimir Putin bir müddət öncə deyirdi ki, Rusiya və digər postsovet ölkələrindən 5-7 min vətəndaş İŞİD-ə qoşulub. O, Rusiyanın Suriyaya hava kampaniyasının ölkənin təhlükəsizliyinin qorunması məqsədilə başlandığını bildirib.
1276 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı