Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2015

İranın səfiri “Terrorizmə qarşı İslam koalisiyası” haqqında: “Gözə kül üfürmək istəyirlər”

İran İslam Respublikası terrorizmlə mübarizədə ön cərgədə olan ölkədir. Biz, eləcə də Rusiya, İraq və Suriya hazırda əməli şəkildə terrorizmlə mübarizə aparırıq. Bu barədə müsahibəsində İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ölkəsinin “Terrorizmə qarşı İslam koalisiyası”na qoşula bilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, formal işlərin o qədər də nəticəsi yoxdur və bu istiqamətdə ciddi işlər görmək lazımdır:

“İndiyə qədər çox koalisiyalar təşkil olunub, amma gəlin baxaq, onların hansı biri döyüş meydanındadır. Biz terrorizmə qarşı olan istənilən ciddi koalisiya və fəaliyyətə müsbət yanaşırıq. Lakin düşünürük ki, bəzi ölkələr özləri bu terrorçulara kömək və dəstək olduqları halda, belə koalisiyalar yaratmaqla gözə kül üfürmək istəyirlər. Belə təbliğat işlərinin nəticəsi olacağını düşünmürük”.

Diplomat deyib ki, terrorizmlə mübarizənin yolları var, o yollardan biri də budur ki, terrorçu qruplar hərbi və maliyyə dəstəyindən məhrum olmalıdırlar:

“Mümkün deyil ki, bir tərəfdən terrorizmə dəstək verəsən, digər tərəfdən isə elan edəsən ki, onunla mübarizə aparırsan”./gun/
1253 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı