Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2015

Merkel Rusiya tətbiq edilən sanksiyalardan danışdı

Rusiya Minsk razılaşmasını yerinə yetirdikdən sonra ona qarşı tətbiq edilən sanksiyalar yumşaldıla bilər.

Bu sözləri Almaniya kansleri Angela Merkel deyib.

“Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yumşaldılması Minsk razılaşmasına bağlıdır. Əgər Rusiya Minksdə qəbul edilən öhdəlikləri yerinə yetirərsə, sanksiyalarla bağlı yenidən düşünə bilərik. Hələlik bununla bağlı müzakirələr aparılmır”, - Merkel vurğulayıb.

Qeyd edək ki, sabah Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyi ölkələrinin rəsmilərinin iştirak edəcəyi toplantıda Rusiyaya tətbiq edilən sanksiyaların müddətinin uzadılması ilə bağlı danışıqlar aparılacaq.
1116 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP