Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2015

Əmir İraqa ova getdi, ailəsini ovladılar

İraqın cənubuna ova gedən Qətərin 26 vətəndaşı naməlum şəxslər tərəfindən girov götürülüb.

Bu barədə İraqın Müsənnə vilayətinin qubernatoru Faleh Ziyadi məlumat yayıb.

Məlumata görə, hadisə paytaxt Bağdaddan 280 km cənub-qərbdə yerləşən Samava şəhəri yaxınlığında baş verib. 70 avtomobil Qətər ovçularını mühasirəyə alıb və onları girov götürüb.

Ziyadi ov edən şəxslərin rəsmi icazə aldığını bildirib. İraqın bəzi mətbuat orqanları isə Qətər əmirinin ova gəldiyini və qaçırılan şəxslər arasında kral ailəsinin üzvlərinin olduğunu yazıb.

Hüquq mühafizə orqanları hazırda onların axtarışını aparır.

Qətər əmirliyinin rəsmiləri isə hələlik hadisə ilə bağlı heç bir açıqlama yaymayıb./axar/
1238 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi