Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2015

BİABIRÇILIQ! Daha 2 ağırlıqqaldıranımız dopinqdə “ilişib”

Ağırlıqqaldırma üzrə Azərbaycan milli növbəti dopinq qalmaqalı ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Silviya Angelovanın ardınca daha 2 idmançımız dopinq-testdə “ilişib”.

Belə ki, ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında 62 kq çəki dərəcəsində bürünc medal qazanan Valentin Xristov növbəti dəfə təhlükə ilə üz-üzə qalib. 2 illik diskvalifikasiya müddəti ilin əvvəlində başa çatan Bolqarıstan əsilli Olimpiya mükafatçımızdan götürülən A nümunəsi müsbət nəticələnib. Bu səbəbdən o, B nümunəsi vermək məcburiyyətində qalıb. Əgər ikinci analiz də müsbət nəticələnərsə, idmançımız podiumdan ömürlük uzaqlaşdırılacaq.

Həmçinin mundialda 6-cı pilləni tutan Elxan Əliquluzadə də dopinqə düşüb. 77 kq çəki dərəcəsində ölkəmizi təmsil edən atletin istifadəsi qadağan olunan preparatdan yararlanması rəsmiləşərsə, o da karyerasını başa vurmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, bu, kişilərdən ibarət yığmamızın komanda hesabında tutduğu yerə də təsir edəcək. Çünki millimizin 2 dünya çempionatının nəticəsinə əsasən 16-cı pilləni tutaraq, Rioya 4 lisenziyanı təmin etməsində Xristovla Əliquluzadənin də böyük rolu olub. Onlar müvafiq olaraq, komandamızın aktivinə 23 və 20 xal əlavə ediblər. Əgər B probu müsbət nəticə verərsə, bu xallar yığmamızın hesabından silinəcək./lentaz/
1322 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP