Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2015

Rusiyalı general: “ABŞ-ın müdafiə sistemi raketlərimizin qarşısını ala bilməz”

“ABŞ-ın mövcud olan və perspektiv Raket Əleyhinə Müdafiə Sistemi Rusiyanın xüsusi təyinatlı raket qoşunlarının qarşısını ala bilməz”.
TASS-ın verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya Strateji Təyinatlı Raket Qoşunlarının (STRQ) komandanı general-polkovnik Sergey Karakayev çıxış edib.

O qeyd edib ki, ABŞ özünün RƏM sisteminə lazer və kinetik silahları, habelə raket əleyhinə müxtəlif tipli kompleksləri daxil etməyi planlaşdırır. Onun sözlərinə görə, söhbət ilk növbədə STRQ-nin raket və raketlərin döyüş bloklarının zərərsizləşdirilməsindən gedir.

S. Karakayev bildirib ki, Rusiya informasiya və zərbə imkanlarının inkişaf miqyasını nəzərə almaqla, strateji nüvə qüvvələrinin inkişaf planlarına korrektələr edib.
1134 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber