Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2015

Avropa Şurasından Azərbaycana sürpriz zərbə - şok gəlişmə

AŞPA-nın baş katibi Torbyörn Yaqland ölkəmizlə bağlı xüsusi araşdırma aparmağa göstəriş verib;

Yeni ilədək siyasi dustaqların azad edilməsi ikiqat önəmli...

Son zamanlar Azərbaycanda siyasi dustaqlarla bağlı hakimiyyətin atdığı kövrək addımlar, gözlənildiyi kimi, ölkəmizin üzv olduğu Avropa strukturlarında təqdirlə qarşılanıb. Xüsusən də Leyla və Arif Yunus cütlüyünün azad edilməsi həm Avropa Birliyi, həm də Avropa Şurası rəhbərliyi tərəfindən alqışlanıb, bunun davamının gələcəyinə ümid ifadə edilib.

Gözləmək olardı ki, belə bir davamın gəlməsi üçün adıçəkilən qurumlar və onların rəhbərliyi zəruri atmosferin saxlanmasına və güclənməsinə hansısa şəkildə yardım edəcək, rəsmi Bakıya qarşı ənənəvi sərt ritorikadan və əks-effektli təzyiq taktikasından bir qədər uzaqlaşacaq. Lakin Azərbaycanla Avropa arasında münasibətlərin ilıqlaşmağa üz tutduğu məqamda hakimiyyət üçün, ölkəmiz üçün xoşagəlməz sürpriz sayılan fakt ortaya çıxıb.

Belə ki, AzadlıqRadiosu xəbər yayıb ki, Avropa Şurasının baş katibi Torbyörn Yaqland Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi üzrə rəsmi araşdırmaya başlayıb. Baş katib deyib: “Avropa İnsan Haqları Məhkəməsinin qərarları Azərbaycanda tənqidi səslərin susdurulması, söz azadlığının məhdudlaşdırılması üçün hüququn özbaşına (əsassız) tətbiqini üzə çıxarıb. Belə narahatedici bir şəraitdə durumun düzəlməsinə yönəlik müsbət addım atılmadığından, Azərbaycana təmsilçilər göndərəcəyəm. Onlar ölkənin insan haqları konvensiyasının icrası ilə bağlı hakimiyyətdən izahat istəyəcəklər”.

Yaqland daha sonra deyib: “Fərdlər səlahiyyət sahiblərinin hakimiyyətdən sui-istifadəsi nəticəsində azadlıqlarından məhrum ediləndə xüsusi təşviş keçirirəm. Avropa İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun işində bunu üzə çıxarıb. Bu, konvensiyanın çox ciddi pozulmasıdır”. Avropa Şurasının yaydığı açıqlamada xatırladılır ki, ötən ilin mayında Avropa Məhkəməsi İlqar Məmmədova qarşı cinayət işinin hüquqi baxımdan əsassızlığını, onun azadlığını əlindən almaq, hökuməti tənqid etdiyi üçün susdurmaq məqsədi daşıdığını bəyan edib.
1102 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:46