Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2015

ABŞ-dan Azərbaycan hakimiyyətinə qəfil zərbə

Konqres məmurlarımıza qarşı sanksiya tətbiq etməyə hazırlaşır!

ABŞ Helsinki Komissiyası Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi barədə qanun layihəsini Konqresə təqdim edib.

Bu barədə ATƏT-in rəsmi saytında məlumat yayılıb.

“Artıq neçə illərdir ki, Azərbaycan hökuməti müstəqil jurnalistlərə, müxalif siyasətçilərə və vətəndaş cəmiyyəti fəallarına qarşı sistematik təqib siyasəti yürüdür. ABŞ Helsinki Komissiyası bunu nəzərə alaraq, Kris Smitin (Nyu-Cersi ştatı 04) rəhbərliyi altında bu gün ABŞ Konqresinə qanun layihəsi təqdim edib. Bu qanun layihəsi Azərbaycan hökumətinin yüksək rütbəli üzvlərinə viza verilməsinə qadağalar tətbiq olunmasını nəzərdə tutur” - deyə ATƏT-in saytında xəbər verilir.

HK 4264 saylı qanun layihəsində Azərbaycanda demokratiyanın vəziyyəti ilə bağlı narahatlıqlar əks olunub. Bu qanuna görə, Azərbaycan hökumətinin yüksək rütbəli məmurlarına ABŞ-a daxil olmaq qadağan olunacaq.

ABŞ Helsinki Komissiyasının sədri Kris Smit bildirib ki, ABŞ-la Azərbaycan arasında milli təhlükəsizlik və iqtisadi münasibətlər sahəsində mühüm əlaqələrin olduğunu etiraf edirlər: “Amma ABŞ artıq Azərbaycanda insan haqlarının pozulmasına göz yuma bilməz”.

Smit qanun layihəsində iddia edib ki, Azərbaycanda jurnalistlər və vətəndaş cəmiyyəti fəalları həbsə atılıb, dini azadlıq pozulub.

Sanksiyalar yalnız Azərbaycan hökümətinin siyasi sahədə islahatlarından sonra aradan qaldırıla bilər./strateg/
1092 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı