Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2015

Həsən Ruhani: “İnşaallah yanvarda sanksiyalar qaldırılacaq”

İran İslam Respublikasının prezidenti Həsən Ruhani, ölkəsinə qarşı tətbiq olunan beynəlxalq sanksiyaların gələn ay qaldırılacağına ümid etdiyini bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (UAEA) İranın nüvə proqramı ilə bağlı araşdırmanı sona çatdırmasından sonra dövlət televiziyası vasitəsilə xalqa müraciət edən Ruhani, nüvə razılaşmasının önündəki ən böyük maneənin qalxdığını açıqlayıb.

Prezident, razılaşmanın iki və ya üç həftə ərzində qüvvəyə minəcəyini bildirib: “İnşallah yanvarda sanksiyalar qaldırılacaq və dünya ilə daha çox qarşılıqlı yol açılacaq”,-deyə o, bildirib.
1069 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber