Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Oktyabr 2013

İki fizik Nobel aldı

İsveç Kral Akademiyası bu gün fizika üzrə Nobel mükafatı laureatlarının adını açıqlayıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, professorlar Piter Higgis və Fransua Enqler “subamotar hissəciklərinin kütlə mənşəyini müəyyən edən mexanizmin ixtirasına görə” bu ada layiq görülüblər. 84 yaşlı ingilis Piter Higgis və 81 yaşlı belçikalı alim Fransua Enqler “Higgis bozonu” adlanan fərziyyələrini hələ 1964-cü ildə irəli sürüblər. Mütəxəssislərin fikrincə, “Higgis bozonu”nun kəşfi Kainatın tədqiqində son illərdə getdikcə daha çox rol oynayır.

Xatırladaq ki, Nobel mükafatının 112-ci təqdim edilmə mərasimi dekabrın 10-da Stokholm şəhərində təntənəli şəraitdə keçiriləcək.
1641 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:24
ABŞ-da 11 t