Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2015

Nigeriyada şiələrinin qətliamının arxasında nə dayanır?

Nigeriya haqında yazmaq istəsək , gərək qeyd edək ki, bu ölkə Afrika qitəsinin ən çox əhalisi olan ölkəsidir. Ölkə əhalisinin sayı 170 milyon nəfərdir. Bu ölkə həmçinin Afrika qitəsinin ən böyük neft hasil edən ölkəsidir.

Nigeriyanın tarixi miladdan 9 min il öncəyə kimi gedib çatır. Bu onu göstərir ki, bəşər tarixində ən qədim tarixə malikdir. Araşdrımalar göstərir ki, bu ölkədə 350 irqdən, 250 dildə və 150-dən çox din və məzhəbə inanan insan yaşayır. Elə bu müxtəliflik - din, dil, irq və tayfa çoxluğu səbəb olub ki, Nigeriyada sabitsizlik hökm sürsün.

Nigeriya əhalisinin 50 faizi və bəzi qeyri-rəsmi mənbələrə görə 70 faizi müsəlmandır. “Husa”, “İbo” və “Yura” bu ölkədə yaşayan əsas və ən böyük tayfalardır. “Husa” tayfası müsəlman digər ikisi isə xristan tayfalardır.

Çevriliş və inqilablar Nigeriyanın ayrılmaz parçasıdır. Bu ölkənin siyasi tarixinə baxanda görürük ki, 1960-cı ildə Britaniyanın müstəmləkəçiliyindən çıxdıqdann sonra onlarla hökumət çevrilişləri baş verib. Nigeriyada bəzi tayfalar digərlərinə düşmənçilik münasibəti bəsləyir ki, bu da özlüyündə xarici qüvvələrin nüfuzu və su-istifadəsi üçün zəmin yaradır.

Nigeriya müsəlmanları arasında şiələr də azlıq təşkil edirlər. Şiələrin sayının nə qədər olması ilə bağlı dəqiq statistika yoxdur, amma 2-4 milyon nəfər olduqlarına dair proqnozlar mövcuddur.

İslam Nigeriyaya 10-cu əsrdə, xristianlıq isə 19 –cu əsrdə gəlib, lakin şiəlik bu ölkədə1980-cı ildən Şeyx İbrahim Zəkzəkinin vasitəsi ilə geniş yayılmağa başlayıb. Şeyx İbrahim Zəkzəkinin özü bildirib ki, “İmam Xomeyni (r) həzrətlərinin şəxsiyyəti Nigeriya xalqına təsir edib. Əvvəllər İmam Xomeyni davamçıları Nigeriyada barmaq sayı qədər idisə, indi onlar milyonlarladır”.

Nigeriyanın şimalında Kaduna əyalətinin Zarya şəhəri şiələrin əsas məskunlaşdığı bölgədir. Bundan başqa Kano və Sukuto əyalətlərində də şiələr yaşayır. İslam dini Nigeriya müsəlmanları arasında dərin köklərə malikdir. Nigeriyada korrupsiya, yoxsulluq, savadsızlıq, işsizlik, sosial problemlər, o cümlədən oğurluq, qəsbkarlıq, QİÇS-in geniş yayılması və s. bu kimi problemlər Nigeriya müsəlman xalqının dinin buyurduğu qanunlarla yaşamağın daha doğru yol olması qənaətinə gəlməsinə səbəb olub. Bu isə bu ölkədəki xristianları narahat edir. Nigeriya xristianları müsəlmanların böyüməsi və güclənməsindən narahatdırlar. Beləliklə müsəlmanlar arasında ixtilaflar yaradırlar. Boko Haram kimi təkfirçi qruplaşmalar isə xristian tayfaların əlində oyuncaq olaraq müsəlmanları qətliam edir.

Şiəliyin Nigeriyada xüsusi ilə gənclər arasında geniş yayılması bəzi qüvvələri qorxuya salıb. Nigeriya şiələri dəfələrlə tayfa hesblaşmaları və digər hadisələrin qurbanları olub.Belə cinayətlərdən biri də bir neçə gün öncə Şeyx İbrahim Zəkzəkinin evinə olunan hücumdur. Ötən həftənin şənbə günü Nigeriya Silahlı Qüvvələri Zarya şəhərində “Bəqiyyətullah” hüseyniyyəsinə hücum edib. Nigeriya şiələrinin lideri Ayətullah Şeyx İbrahim Zəkzəkinin qızı doktor Nəsibə İbrahim Zəkzəki deyib ki, məndə olan məlumata görə, 450 nəfərə yaxın şəxs həlak olub. 300 nəfərin cəsədi ötən gün xəstəxanaya aparıblar. Onun sözlərinə görə, silahı qüvvələr bölgəni tam mühasirəyə alıb və kimsənin girib-çıxmasına icazə vermir.

Ordunun vəhşicəsinə hücumu zamanı Şeyx İbrahim Zəkzəkinin oğlu şəhid olub. Ötən il ordunun Qüds günü şiələrə hücumu zamanı da Şeyx Zəkzəkinin 3 oğlu şəhid edilmişdi.

Məlumatlara görə, hücum şənbə günü gecə başlayıb və bazar günü səhərə kimi davam edib. Hücum nəticəsində Şeyx Zəkzəkinin 12 yaxını şəhid olub.

Nigeriya ordusunun Şeyx Zəkzəkinin evinə və hüseyniyyəyə hücum etməsinə əsas səbəblərdən biri heç şübhəsiz bu alimin hökuməti sərt tənqid etməsidir. Hökumət Zarya şiələrinin ordunun qərargah rəisinə hücum etməsi iddiasını ortaya ataraq, bu hücumu təşkil ediblər.

Şeyx İbrahim Zəkzəkiyə yaxın mənbə deyib ki, Şeyx İbrahim Zəkzəkinin ölkədə getdikcə artan hörməti və ona qarşı olan münasibət və eləcədə “Bəqiyyətullah” hüseyniyyəsində 3-4 milyona yaxın insanın iştirakı ilə əzadarlıq məclisinin keçirilməsi ordunun şiələrə qarşı cinayətlər törətməsinin əsas səbəbidir: “Nigeriyada keçirilən Ərbəin toplantısı Kərbəladan sonra insanların iştirakına görə ikincidir.Bu isə hökuməti və bəzi qüvvələri narahat edir”/maide/
1182 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber