Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2015

Putin: Türkiyə hakimiyyətində kimlərsə amerikalıların bir yerini yalamaq istəyib

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti bu dəqiqələrdə 11-ci dəfə jurnalistlərə “illik hesabatını” təqdim edir.

Vladimir Putinə “Türkiyə ilə əlaqələri kəsməliyikmi?” sualı ünvanlanıb.

Suala türk jurnalistlər də qoşulub. Onlar “bu ssenaridə hansısa üçüncü tərəf varmı?”sualını səsləndiriblər, həmçinin, Rusiyadakı tələbələrdən Türkiyə səfirliyinə ünvanlanan şikayətlərin də olduğu qeyd olunub.

V. Putin Türkiyə hakimiyyəti tərəfindən Rusiya təyyarəsinin vurulması hadisəsinin dostluq yox, düşmənçilik aktı olduğunu bildirib: “Əgər bu, bədbəxt hadisə olsaydı türk hakimiyyəti zəng vurub vəziyyəti izah edərdi. Lakin onlar NATO-ya sığındılar. Guya ki, biz onları incidirik. Bizi türk xalqı da daxil olmaqla hamı eşitsin.

Bu hadisədə bizi nə incitdi? Axı biz əməkdaşlıqdan çəkinmirdik. Türklər bizim qarşımızda çox həssas məsələlər qoymuşdu. Münasibətlərimiz pozulsa da mən bu məsələlərin nə olduğunu deməyəcəyəm.

Lakin biz hətta belə çətin məsələ önündə də hə dedik: başa düşürük və kömək edərik. Bu vəziyyətdə telefonu götürüb nəyisə izah etmək çətin idimi? Bu cür akt nəyə lazım idi? Nəyə nail oldunuz? Necə düşünürdünüz, biz qaçacağıq? Yox. əlbəttə, Rusiya xalqı belə xalq deyil. Biz orda iştirakımızı artırdıq. Ordumuzu daha da gücləndirdik. Suriyada artıq S-400 dayanır. Əgər Türkiyə əvvəl Suriya sərhədini pozurdusa, indi pozsun, görək necə edir. Siz soruşdunuz ki, orda üçüncü tərəf varmı? Siz nə demək istədiyinizi anlayıram və cavab verirəm ki bilmirik.

Bəlkə də Türkiyə hakimiyyətində kimlərsə amerikalıların bir yerini yalamaq istəyib. Ola bilər”
1000 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı