Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2015

İranlı nazir: “Kimsə bizə diktə edə bilməz”

İran özünün raket proqramını dayandırmayacaq.

Bunu jurnalistlərə açıqlamasında İranın Müdafiə naziri Hüseyn Dehqan söyləyib. Onun sözlərinə görə, İran Vyana müqaviləsini imzalayandan sonra özünün raket sınaqlarını bir gün belə dayandırmayıb:

“Biz “İmad” raketini sınaqdan keçirdik ki, bütün dünyaya İranın özünün milli maraqları çərçivəsində hərəkət etdiyini göstərək. Heç bir ölkə bizə öz iradəsini yeridə bilməz”.

Qeyd edək ki, bundan öncə oktyabr və noyabr aylarında İran özünün ortamənzilli, nüvə başlığı daşımağı bacaran raketlərini sınaqdan keçirib.
1158 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33