Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2015

Avropa Məhkəməsi Azərbaycanı 14 seçki şikayətinə görə 135 min avro cərimələdi

Dekabrın 17-də Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il parlament seçkiləri barədə 14 seçki şikayəti üzrə qərar elan edib.

Bu barədə vəkil Əsabəli Mustafayev öz "facebook" səhifəsində məlumat paylaşıb.

O qeyd edib ki, bütün işlərdə azad seçki hüququnun pozuntusu tanınıb. Mənəvi zərərə görə kompensasiya 12 işdə 10.000, 2 işdə 7.500 avro təşkil edir: "Məhkəmə bu işləri siyahıdan çıxarmaqdan imtina etdi. Bu, o deməkdir ki, həmin işlərin icrasına Nazirlər Komitəsi nəzarət edəcək".

Əsabəli Mustafayev Meydan TV-yə bildirib ki, Avropa Məhkəməsinin qərarı əsasında aşağıdakı şəxslərə Azərbaycan hökuməti təzminat ödəmlidir: "Xalid Bağırov, Tural Abbaslı, Yeganə Hacıyeva, Əlayif Həsənov, Xəyyam Məmmədov, Əli Qasımlı, Təzəxan Mirələmli, Pərviz Həşimov, Natiq Cəfərov, Eyyub Ümidov, Vüqar Əliyev, Möhübbət Cabbarov,Vahid Cəfərov və Razi Abbasov. Bu şikayətçilərdən yalnız Yeganə Hacıyevə və Xəyyam Məmmədova 7 min 500 avro təzminat ödəniləcək, qalanlarına isə 10 min avro. Avropa Məhkəməsi bu şəxslərin azad seçki hüququnun pozulduğunu tanıyıb".

Vəkilin sözlərinə görə, qərar artıq gecikmişdi və hamısında pozuntular eynidir. Ona görə məhkəmə birləşdirib qərar verdi.
929 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...