Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2015

Bəşər Əsəd: “Mən getmək üçün çemodanımı yığmışdım”

"Suriya böhranının həllində Rusiya və İran açar rolunu oynayacaq".

Bunu Suriya prezidenti Bəşər Əsəd Hollandiyanın "NPO2" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyada həyata keçirdiyi qanundan kənar və beynəlxalq hüquqa ziddir: "Suriya müstəqil dövlətdir və Qərb dövlətlərinin Dəməşq hökumətindən icazə almadan bu ölkədə əməliyyat aparması haqsızlıqdır. Terrorçuluqla mübarizə aparmaq istəyən hər bir dövlət Suriya hakimiyyəti ilə əməkdaşlıq etməlidir".

Əsəd İŞİD-in tərkibində döyüşən terrorçuların Avropa ölkələrindən gəldiyini deyib: "Avropa Birliyinə üzv ölkələrin vətəndaşları İŞİD-ə qoşulmaq üçün Suriyaya gəlir və İŞİD-ə qoşulur. Suriyaya gələn terrorçuların səbəbkarları Avropada uğursuz adaptasiya siyasətini aparanlardır. Biz terrorçular yetişdirmirik. Onlar bizə gəlir və yenidən Avropaya qayıdıb, terror aktları törədir. Eyni ilə Paris hücumları kimi".


Suriya prezidenti Səudiyyə Ərəbistanını İŞİD-ə dəstək göstərməkdə ittiham edib: "Səudiyyə Avropadakı müsəlmanları radikallaşdırmaq üçün maliyyə dəstəyi verir".

Əsəd onu istefaya səsləyənlərə də cavab verib: "Mən getmək üçün çemodanımı yığmışdım. Amma bundan sonra qalacam. ABŞ və Fransa bir müddət hələ mənimlə işləməyə məcburdular. Əsədin qalıb-qalmayacağını Suriya xalqı müəyyən edəcək. Bu Suriya xalqının məsələsidir. Başqalarını isə bu maraqlandırmaz. Suriya xalqı mənim getməyimi istəyirsə, seçkilər vaxtı bunun üçün səs verəcəklər. Amma bunun üçün Suriya xalqını inandırmalı və daha mükəmməl variant təqdim etməlidirlər. Əgər bir suriyalı qalxıb "Hollandiya prezidenti istefa verməlidir" desə, hollandlar bunu qəbul edər? Əlbəttə, heç vaxt buna razı olmazlar".

Əsəd İŞİD-ə qalib gəlmək və Suriya böhranını həll etmək üçün bəzi yolların nəzərdən keçirməli olduğuna diqqət çəkib: "İlk olaraq, Suriyaya xarici ölkə vətəndaşlarının gəlməsinin qarşısını almaq lazımdır. Bununla İŞİD-in döyüşçülərinin sayı azaldılacaq. Daha sonra isə Suriya hökumətinin razılığı və birgə əməkdaşlığı çərçivəsində əməliyyatlara başlamaq vacibdir. Fikrimcə, Avropa ölkələri hələlik buna hazır deyil"./teleqraf/
1405 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın
</