Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2015

Eldəniz Quliyev Avropa Məhkəməsinə müraciət edəcək

Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevin şikayəti əsasında dekabrın 16-də Ali Məhkəmədə keçirilən məhkəmə prosesi Apellyasiya Məhkəməsinin qərarının qüvvədə saxlanılması ilə nəticələnib. Bu barədə məlumat verən E.Quliyevin sözlərinə görə, məhkəmə hökmünü alandan sonra öz qanuni haqlarını bərpa etmək üçün Avropa Məhkəməsinə müraciət edəcək.
Məlumat üçün qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin 2014-cü il 30 oktyabr tarixli hökmü ilə ona kəsilən ictimai işlər cəzasını sona qədər çəkib ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Belə ki, bu ilin 20 aprel tarixində E.Quliyevin 63 yaşı tamam olub. Ölkə qanunvericiliyinə əsasən isə yaşı 63 olan şəxslər barəsində ictimai işlər cəzası tətbiq oluna bilməz. Lakin buna baxmayaraq, məhkəmə icraçıları E.Quliyevi ictimai işlər cəzasını sona qədər çəkməyə vadar edib. Dekabrın 16-da keçirilən məhkəmə prosesində E.Quliyevin məhz bu ədalətsizliyə hüquqi qiymət verilməsi tələbi araşdırılmalı idi. Lakin Ali Məhkəmənin Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlaması E.Quliyevi Avropa Məhkəməsinə üz tutmaq məcburiyyəti qarşısında qoyub./Moderator/
831 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:39