Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2015

ABŞ İraq ordusuna hücum etdi: 30 ölü – Təcili

ABŞ döyüş təyyarələri İraqda hava əməliyyatı keçirib.

Fəllucə vilayətində təşkil olunan hava hücumu nəticəsində səhvən İraq ordusu hədəfə alınıb. Nəticədə 30-dan çox İraq hərbçisi həlak olub, 20 nəfər yaralanıb.

İraq Məclisinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Hakim Zamil faktı təsdiq edib.

“ABŞ təyyarələri Fəllucənin Əl Nami qəsəbəsinə təşkil etdiyi hava hücumu nəticəsində İraq ordusunun 55-ci briqadasının 30 əsgəri həlak olub. Baş nazir İŞİD-ə qarşı uğurlu əməliyyat keçirən bu briqadaya qarşı hücuma görə cinayət işi açmalıdır”, - komitə sədri qeyd edib./axar/
1213 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı