Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2015

Vəkil: "Taleh Bağırovun üzərində çox ciddi xəsarətlər var"

Vəkil Cavad Cavadov şəxsi Facebook səhifəsindən Baş Prokuror Zakir Qaralova müraciət edib. O, müvəkkili Tale Bağırovla bu günə qədər konfedensial şəkildə görüşə bilmədiyini vurğulayıb: "Tale Bağırov Apellyasiya Məhkəməsinə saxlanıldığı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən gətirilmişdi. Onunla konfidensial ünsiyyət saxlamaq mümkün olmadı, üzərində görünən çox ciddi xəsarətlər var idi, halsız idi. Ona elan olunmuş ittihamla özünü təqsirli hesab etmir. Hal-hazırki vaxtadək onunla vəkil kimi görüşmək imkanı yaradılmır və ailəsinin ona göndərdiyi paltar, digər zəruri ləvazimatlar qəbul edilmir. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun və Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir. Taleh Bağırovun təqsirləndirilən şəxs kimi hüquqlarının təmin edilməsini, o cümlədən müdafiə hüququnun təmin edilməsini, mümkün ola biləcək işgəncə hallarının araşdırılmasını xahiş edirəm. Eyni zamanda bu hüquqlarımın təmin edilməsi üçün məhkəmə nəzarəti qaydasında şikayət verirəm".

Tale Bağırov 26 noyabrda Nardaran qəsəbəsində keçirilən vəhşicəsinə hücum zamanı həbs edilib./meydan.tv/
2224 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 08:15