Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2015

Vasif Talıbov qudasını DTX-nın rəisi təyin etdi

Ləğv olunmuş Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bazası əsasında yaradılmış Naxçıvan MR Dövlət Təhlükəsizliyi Xidmətinə kimin rəhbərlik edəcəyi məlum olub.

Fazil Nəriman oğlu Ələkbərov Vasif Talıbovun sərəncamına əsasən, Muxtar Respublikanın Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad olunaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib. Sərəncam dekabrın 18-də imzalanıb.

Fazil Ələkbərov Vasif Talıbovun qudasıdır. Naxçıvan xanının oğlu Seymur Talıbov F.Ələkbərovun qızı ilə evlidir.

Qeyd edək ki, elə dünən Naxçıvan DTX-nın rəisi səlahiyyətlərini icra edən (indiyəqədərki MTN naziri-red) general-leytenant Vəli Ələsgərov vəzifəsindən azad olunmuşdu. V.Talıbovun V.Ələsgərovu vəzifəsindən uzaqlaşdırıb, yerinə öz qudasını təyin etməsi maraqlı hadisədir.
1139 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP