Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2015

Sərhəd xidmətinin əsgəri nədən ölüb?

Elnur Yusifov Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonundakı sərhəd zastavasında xidmət edib.

Ancaq əsgərin doğmaları rəsmi məlumata inanmırlar. Onlar AzadlıqRadiosuna deyiblər ki, Elnur Yusifovun təsadüf nəticəsində ölməsi haqda deyilənlər inandırıcı deyil. Doğmaları əsgərin müəmmalı şəkildə öldüyünü və bunun qətlə bənzədiyini iddia edirlər. Buna görə də hüquq-mühafizə orqanlarından hadisəni obyektiv araşdırmasını tələb edirlər.

«Bu, müəmmalı ölüm oldu. Hərbi hissədən bizə üç dəfə zəng gəldi. Birinci dəfə dedilər ki, özünü bıçaqlayıb, sonra dedilər ki, özünü silahla vurub, üçüncü zəngdəsə keçindiyini bildirdilər», – əsgərin atası söyləyir.

Könüllü şəkildə əsgər yollanan Elnur Yusifovun hərbi xidməti başa vurmasına 3 ay qalırmış. O, ailənin tək övladı olub.
1194 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19