Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2015

Sürücülərə sayğacsız aparatla kələk gəlirlər - "Luk oil"

Bu gün səhər saatlarında Ziya Bünyadov prospektində “Luk oil”a məxsus yanacaq doldurma məntəqəsində dava düşüb.

Davaya səbəb sürücünün aldadılması olub. Belə ki, sürücü ödədiyi pulun qarşılığında az benzin vurulduğunu görüb və bundan şikayətini bildirib. Mübahisəyə digər sürücülərin də qoşulması məsələni böyüdüb. Onlar burada dəfələrlə aldadıldıqlarını, ödədikləri pulun qarşılığında maşına daha az benzin vurulduqlarını deyiblər.

Sonradan məlum olub ki, məntəqədəki yanacaqdoldurma aparatlarından birinin sayğacı işləmir və sürücüləri məhz burada aldadırlar. Bu aparata yaxınlaşan sürücülərin avtomobillərinə düz 2 dəfə az benzin vurulur və sayğacın işləməməsindən istifadə edib sürücülərə kələk gəlirlər.

Mübahisə böyüdüyündən hadisə yerinə rəhbərlik də gəlib və aldadılan sürücünün avtomobilinin benzin çəni doldurularaq yola salınıb.

Lakin sürücülər sözügedən yanacaq doldurma məntəqəsindən aidiyyəti qurumlara şikayət edəcəklərini bildiriblər./AzNews/
1357 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat