Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2013

Soyğunçu bahalaşmanın “ilk qaranquşu”

Kartofun qiymətində inanılmaz sıçrayışın şok səbəbləri var

“İkinci çörək” bazarda 1 manat 20 qəpiyə satılır; Rusiyadan 5 qəpiyə alınan kartofu bizə 20 dəfə baha satırlar!

Ölkədə gözlənilən sürətli bahalaşma özünü göstərməkdədi.  Azərbaycan ailələrinin istehlak səbətində əsas yerlərdən birini tutan kartofun qiyməti son illərdə ən yüksək həddə çatıb. İkinci çörək bazarda birdən-birə 2 dəfə bahalaşaraq 1 manat, 1 manat 20 qəpik olub.

Satıcılar kartofun bahalaşmasını ilk növbədə yanacağın qiymətinin artması ilə izah edirlər. Deyirlər ki, daşıma xərcləri məhsulların maya dəyərinə daxil olduğundan qiymətlər qalxır.

“Hər şey o dörd təkərin üstündədir. Maşın yeriməsə, kartof Gədəbəydən, Tovuzdan, Qazaxdan gəlib Bakı bazarlarına çıxmaz. Benzini çıxarıblar ceyran belinə, qiymətlər də qalxıb. Gürcüstandan da gətirməyə qoymurlar”-deyə satıcılardan biri deyib.
Onun sözlərinə görə, qiymətlərin qalxması alıcılıq qabiliyyətinin aşağı salıb: “Əvvəllər 1 manat 80 qəpik verib 3 kilo kartof alan indi gəlib qiyməti görür məcbur olur 2 kilo alır. Biz neyləyək, baha aldığımız malın üstünə 10 qəpik qoyub satmasaq, özümüz də həmin kartofu alıb yeyə bilmərik. Hökümətdəkilərin nə vecinə eee... kartofları da, soğanları da, ətləri də, yağları da gəlir. Vay bu qara camaatın halına. Allah bunlara insaf versin”.
“8-ci kilometr bazarı”nda kartofun topdansatış qiymətləri 80-90 qəpikdən başlayır. Topdansatış məntəqəsində də satıcılar qiymət artımını yanacağın qiymətinin artması ilə əlaqələndirdilər: “A qardaş, yanacağın qiymətini qaldırıblar, Gürcüstandan da mal vurmağa qoymurlar. Deyirlər ki, erməni kartofunda xəstəlik var. Axı biz kartofu Gürcüstandan alırıq. Bunu ora erməni satıbsa biz neyləyək? Gürcüstanda da, Azərbaycanda da başqa ölkədən gətirilən kartofu, soğanı, başqa ərzaqları yoxlayan qurumlar var. Yəni "kartofda xəstəlik var", “bu erməni kartofudur” kimi söhbətlərin  hamısı boş bəhanələrdir. Açıq desinlər ki, kartofu da əkdirənlər elə yanacağın qiymətini qaldıranlardır. Gömrükdə sahibkardan hər kiloqrama görə 42 qəpik alırlar. Bunlar kartofu əkəndən də, yığandan da, daşıyıb satandan da artıq qazanırlar. Gözləri doymur ki, doymur".

Qeyd edək ki, 2013-cü ilin əvvəllərində kartofun topdansatış qiyməti 17-20 qəpikdən başlayırdı. İlin ortalarında bu məhsulun qiyməti 35-40, 50 qəpik arasında dəyişirdi. 12 noyabr 2013-cü ildə Kənd Təsərrüfatı Nazirliyi (KTN) mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev APA-ya açıqlamasında Gürcüstandan Azərbaycana kartof idxal olunmadığı deyib: “Ermənistanda boz çürümə və xərçəng xəstəliyinə yoluxmuş kartof məhsullarının Azərbaycana gətirilmə təhlükəsi yoxdur, çünki Gürcüstandan Azərbaycana kartof idxal olunmur”. O bildirib ki, Gürcüstandan Azərbaycana gətirilən kartof məhsullarının geri qaytarılması ilə bağlı KTN-də heç bir məlumat yoxdur: “Azərbaycanda istehsal edilən kartof əhalinin həmin məhsula olan tələbatını tam təmin edir. Hətta tələbatdan da çox istehsal edilir. Əgər ölkə əhalisinin kartofa olan tələbatı 400 min tondursa, Azərbaycanda ildə 900 min tondan çox kartof istehsal olunur”. KTN-in açıqlamasına münasibət bildirən Vahid Məhərrəmovun bizimyol.info-ya deyib ki, ölkəyə kartof idxalı ilə bağlı kifayət qədər dəqiq faktlar var: “Son zamanlar mətbuatda "Qırmızı-Körpü" gömrük-keçid məntəqəsində kartofla dolu yük maşınlarının qalması barədə məlumatlar yer alır. Həm maşınların sayı çox idi, həm də rüsumların artırılması problemər yaratmışdı. Bundan başqa statistik məlumatlar mövcuddur. Bütün bunlar onu deməyə əsas verir ki, Gürcüstandan Azərbaycana kartof idxal olunur". Ekspertin sözlərinə görə, Azərbaycanın kartofa olan təlabatı 400 min deyil, 1 milyon tondur: “Bu, adambaşına normanın 115 kq olması ilə əlaqədardır. Bu norma insanın fizioloji durumunu təmin edən normadır. Hökumət isə ən minimum norma əsasında təlabatın 400 min ton olduğunu hesablayır. Bu da beynəlxalq standartlara uyğun deyil.

İkincisi, Azərbayan istehsal etdiyi faraş kartofun bir hissəsini Rusiyaya ixrac edir. Əvvəllər ölkəmiz bu məhsula olan təlabatını Türkiyə, İran, Rusiya, hətta ərəb ölkələrindən gələn kartofla təmin edirdi. İran və Rusiya son zamanlar kartofun ixracına məhdudiyyətlər qoyub. Hazırda yalnız Gürcüstandan alırıq. Baxmayaraq, bu ölkənin yerli istehsalı öz təlabatını tam ödəyə bilmir. Ona görə də, Ermənistandan alırlar, oradan da Azərbaycana idxal olunur".

V.Məhərromov DGK-nın hesabatında sözügedən məhsulun adının düşməməsini bir sıra səbəblərdən izah etdi: “Həmin statistik hesabatda ərzaq məhsullarını tam ayırmırlar, ümumi göstərirlər. Çünki onların hər biri barədə məlumat verilsə, siyahı kifayət qədər böyük ola bilər. Ona görə də, ümumiləşdirib, ən çox idxal və ixrac olunan malların adı verilir. Kartofun idxal qiyməti çox ucuz olur, idxal isə o səviyyədə deyil ki, bu, milyon manatlarla olsun. Məsələn, elə vaxt olub ki, Rusiyalan kq-nı 5 qəpikdən idxal ediblər. Bu səbəbdən bu tip məhsulları birləşbirib bir bölmə altında təqdim edirlər”.

«Azərbaycana kartof idxal olunmursa, o zaman İran və Gürcüstan kartofları bazarlarımızda necə peyda olur» sualı ortaya çıxır. Xüsusilə, qış aylarında bu ölkələrin məhsullarını daha çox istehlak edirik. Bu baxımdan KTN sözcüsünün fikirləri təəccüb doğurmaya bilmir. Dövlət Gömrük Komtəsinin statistik hesabatında da kartof məhsulunun ixrac və idxalı barədə məlumat yer almayıb. Əgər M.Hacıyevn dediyi kimi, taləbatımız 400 min ton, istehsalımız isə 900 min tondursa, o zaman 500 min tonunun ixrac edirik. Emal sənayesi olmadığı təqdirdə, bu qədər məhsulun taleyi necə olur? DGK-nin hesabatlarında heç ixrac barədə də məlumat yerləşdirilməyib. Belə aydın olur ki, ölkədə kartof biznesi statistikadan kənarda qalır, idxal-ixrac əməliyyatları gizlədilir./musavat/









1924 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı