Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2015

Avropanın Rusiya ilə birləşməsi Avropanın xeyrinədir

“Suriya böhranın nizama salınması məsələsində Rusiyaya Bəşər Əsəd və Amerika ilə işləmək eyni dərəcədə asandır”.

Bu barədə Rusiya prezidenti Vladimir Putin Vladimir Solovyovun “Dünya nizamı” sənədli filmində deyib. Prezident bildirib ki, o, yaxın vaxtlarda ABŞ prezidenti Barak Obama və Səudiyyə Ərəbistanından olan nümayəndələrlə bu haqda danışıb.

“Mən Barak Obama, Səudiyyə Ərəbistanından və başqa ərəb ölkələrində olan dostlarımıza bu barədə danışırdım. Bu niyə asandır? Çünki Rusiya mövqeyini dəyişmir”,-deyə o fikrini belə əsaslandırıb.

Kreml başçısı qeyd edib ki, prinsip etibarı ilə hamı Suriya böhranının həllinin əsas parametrlərini deyib.

O söyləyib ki, terror təhlükələrinə qarşı Avropanın Rusiya ilə birləşməsi Avropanın xeyrinədir.

“İqtisadiyyatda, siyasətdə və terrorla mübarizədə Avropa ölkələrinin maraqları Rusiya ilə səylərini birləşdirmək olmalıdır. Biz bu işə hazırıq, dodaqları bizə qarşı olan sanksiyalara görə şişirtməyə hazırlaşmırıq”.

Putin Türkiyə ilə münasibətlərə də toxunub: “Biz türk xalqı ilə münasibətlərin büdrəməsini istəmirik. Türkiyə Avropa deyil. Biz türk xalqını dost hesab edirik. Amma rəhbərliyə gəlincə, onu deyim ki, heç nə ayın altında əbədi deyil”./modern/
1189 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber