Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2015

Əhməd Xatəmi: "Hakimiyyət zülm ilə davam etməz, şəhidlərin qanı..."

Tehranın bu həftəki cümə xətibi Ayətullah Seyid Əhməd Xatəmi olub.

Ayətullah Xatəmi Nigeriyada baş verən son hadisələrə toxunaraq deyib: “Bu cinayət göründüyündən daha ciddidir. Məlumatlar dəqiq deyil, lakin bunu deyə bilərəm ki, yüzlərlə şiənin qanı axıdılıb. Nigeriya hakimiyyətinin bu barədə olan sözlərinə inanmaq sadəlöhvlükdür. Onlar deyirlər ki, həyatını itirmiş şəxslər guya ordunun önünü almağa çalışıblar. Onlar yüzlərlə insanı öldürərək cənazələrini ailələrinə vermədən basdırıblar. Bu bir sionist cinayəti idi. Hakimiyyət bilsin ki, bu addımla İŞİD, "Boko Haram" və sionist rejiminin dəyirmanına su töküb. Hakimiyyət küfr ilə davam edər, amma zülm ilə etməz. Şəhidlərin qanı sizi damla-damla fəlakətə yaxınlaşdırır. Bu cinayətlərdən əl çəkin. Nigeriya şiələrinin rəhbəri Şeyx Zəkzakinin ötən il 3 oğlunu şəhid etdilər. Son hadisədə də qalan son oğlu şəhid edildi, özü və yoldaşı isə yaralandı. Bu cinayəti törədənlərin aqibəti sionist rejiminin aqibəti ilə eyni olacaqdır.”/İslamazeri/
1208 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:00