Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2015

Pentaqonun keçmiş rəisi ABŞ demokratiyasını ifşa etdi

Pentaqonun keçmiş rəhbəri Çak Hegel Ağ evi ABŞ prezidenti Barak Obamanın hərbi qərarlarını tənqid etdikdən sonra onun işinə müdaxilə və nüfuzuna xələl gətirməkdə ittiham edib.

O, bu barədə Foreign Policy saytına müsahibəsində bildirib.

Hegelin sözlərinə görə, Obama administrasiyası əməkdaşlarının ""İslam dövləti" ilə mübarizə aparmaq üçün digər bacarıqları olan insan lazımdır" fikrindən sonra onu istefaya getməyə məcbur ediblər. O bildirib ki, artıq üçüncü müdafiə naziridir ki, hazırkı ABŞ dövlət başçısını Pentaqona münasibətinə görə tənqid edir. O hətta bəzi Ağ ev təmsilçilərinin onun nüfuzunu qaralamaq üçün müxtəlif fikirlər uydurduqlarını deyib:

"Məni məhv eləmək üçün onlara istefam lazım idi. Mən bilmirəm, onlar bununla hansı məqsəd güdüblər. Bu günə qədər bu, mənim üçün müəmma olaraq qalır. Amma mən sonadək mübarizə aparacağam. Mən öz işimlə fəxr edirəm", - deyə keçmiş müdafiə naziri bildirib.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Çak Hegel iki illik vəzifəsindən sonra 2014-cü ilin noyabrında istefa vermişdi.

Məlumat üçün bildirək ki, 68 yaşlı respublikaçı Çak Hegel Vyetnam müharibəsi veteranıdır. O, Ağ Evin "İŞİD" və Suriya hökumətinə qarşı yürütdüyü siyasətə görə kəskin tənqidlərə məruz qalıb./publika/
1191 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP