Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2015

Ağdamda silahlı insident baş verib, bir nəfər yaralanıb

Ağdamda qohumlar arasında mübahisə zəminində silahlı insident baş verib.

Report xəbər verir ki, yerli sakin Nabil Aslanov yaxın qohumu Anar Aslanovla mübahisə edib.

Daha sonra o, əsəblərini cilovlaya bilməyib və evində saxladığı qanunsuz ov tüfəngini götürərək Anar Aslanova bir neçə dəfə atəş açıb. Güllələrdən biri qarşı tərəfin qarın boşluğuna dəyib. Yaralı ətrafdakıların köməkliyi ilə dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisəni törədən N.Aslanov bir müddət qaçıb gizlənsə də, sonradan istifadə etdiyi "Toz-16" tipli tüfəngini götürərək Tərtər rayon Polis şöbəsinə gəlib və könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub.
1585 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu