Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2013

Meyvə tərəvəz intihar riskini azaldır

Tokio milli tibb mərkəzində işləyən mütəxəssislər 8 il ərzində 90 min adamın göstəricilərini müqayisə ediblər

Həyat tərzi Qidada meyvə və tərəvəzin artırılması intihar riskini demək olar ki, iki dəfə azaldır. Ans “EvroSMİ”yə istinadən bildirir ki, bu nəticəyə yapon alimləri gəliblər.

Tokio milli tibb mərkəzində işləyən mütəxəssislər 8 il ərzində 90 min adamın göstəricilərini müqayisə ediblər. Seçim cəmiyyətin ən müxtəlif təbəqələri arasında aparılıb. Seçimə 45-74 yaş arasında müxtəlif gəlirli və sosial mövqeli qadın və kişilər cəlb edilib. Qidasında meyvə və tərəvəz bol olan qrupda intihar riski iki dəfə azalıb. Heyvani mənşəli yağlar və qənnadı məmulatlar istifadə edən insanlar isə risk qrupuna daxidl olublar.

Fenomenin səbəbləri hələ bəlli deyil. Bunu müxtəlif cür izah edirlər. Məsələn, intihara səbəb xroniki xəstəliklər ola bilər ki, meyvə və tərəvəz yeyən insanlarda bu nadir hallarda mühahidə edilir. Həmçinin bu məhsullarda təbii antidepressantlar var ki, insanların stress halından çıxmasına yardım edir.
1677 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10