Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2015

Səmir Qəntar şəhadət məqamına nail oldu!

Livan Hizbullahının 20 il sionist rejimin həbsxanalarında işgəncələrdən keçmiş komandiri Əmirul-usəra Səmir Qəntar şəhadətə çatıb. Bu xəbəri Səmirin qardaşı Bəssam öz twitter səhifəsində yazıb. Ötən gün gecə yarı İsrail Dəməşqin cənubunda Cərəmana şəhərinə havadan zərbələr endirib. Hücum nəticəsində uzun müddət İsrailin hədəfində olmuş Hizbullah komandiri Səmir Qəntar və bir qrup suriyalı şəhadətə çatıb. 

Səmir Qəntar 2008-ci ildə əsirlikdən azad olub. 1979-cu ildə 4 sionistin ölümü ilə nəticələnmiş hadisəyə görə Səmir Qəntar daim təqibdə olub. 
Livan Hizbullah təşkilatı bəyanat yayaraq İsrailin Dəməşqə hücumu zamanı Səmir Qəntarın şəhadətə çatdığını təsdiqləyib. İsraildə sionist dairələr Qəntarın şəhadət xəbərini sevinclə qarşılayıblar. Allah ordusunun şəhid verməklə gücdən düşdüyünü güman edən ağılsız düşmən sanki bu ordunun şəhadətdən güc aldığını görmür.



Vilayet.nur-az.com
1269 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22