Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2015

İraq 72 saat vaxt verdi – genişmiqyaslı əməliyyat başlanır

İraq ordusu Ramadi şəhərinin sakinlərinə şəhəri tərk etmək üçün 72 saat vaxt verib.

Bu barədə İraq ordusundakı mənbə bildirib. Onun sözlərinə görə, hərbi aviasiyanın köməyi ilə şəhər sakinlərinə vərəqələr atılıb.

“Bu o deməkdir ki, yaxın vaxtlarda şəhər mərkəzinin azad edilməsi üçün genişmiqyaslı hərbi əməliyyat başlanacaq”, - mənbə agentliyin əməkdaşı ilə söhbətində deyib.

İraqın ən böyük vilayəti olan Anbarın inzibati mərkəzi hazırda İŞİD terror qruplaşmasının nəzarəti altındadır. Ramadidə 600-dən 1000-ə qədər terrorçu var. Qeyd edilir ki, onlar müdafiəyə hazırdır. Küçələr və binaların minalandığı bildirilir.

Qeyd edək ki, Ramadi 2015-ci ilin may ayında İŞİD tərəfindən tutulub.
1266 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı