Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2015

Mingəçevirin keçmiş polis rəisi haqqında tükürpədici ittiham...

"Qəddarlığı və hədsiz pulgirliyi ilə Mingəçevirdə ad çıxaran Ələsgər Bədəlov..." 

Mingəçevir şəhər sakini,Günəşli bağ massivi 5-ci küçə,ev 62-də yaşayan Abdullayeva Elnarə Elxan qızı moderator.az saytına müraciət edib.
''Mən 27 aprel 2014-cü ildə Mingəçevir şəhər Polis şöbəsinin əməkdaşı Həmidov Samir Zabil oğlu ilə tanış olmuşam. Onunla tanışlığımdan bir müddət sonra o, mənimlə evlənmək fikirində olduğunu bildirdi. Biz bundan sonra bir-iki dəfə Mingəçevirdəki parkarda gəzmiik. Həmin vaxt mən Mingəçevir Turizm Kollecində təhsil alırdım. 11 may 2014-cü il tarxidə Samir mənə zəng edərək bərk xəstə olduğunu dedi və bildirdi ki, özüm gələ bilmirəm, ardınca maşın göndərəcəyəm gəl səni anamla səni tanış edim. Mən dərsdən çıxan zaman qara rəngli “Hünday”marakalı 056 dövlət nömrə nişanlı (yadımda yalnız bu hissə qalıb) avtomobilin məni gözlədiyini gördüm və və bununla Samirgilə gəldim. (sürücünün etirafedici izahatı iş materialında var) Ancaq mən evə girəndə Samirinin anasının olmadığını gördüm. O bildirdi ki, gözlə, anam bir azdan gələcək.

Bu vaxt Samir mənim üstümə gəldi və məni zorla qucaqladı. Mən müqavimət göstərərək ona aşağı hissədən zərbə endirdim. Ancaq o mətbəxdən çaynikin altına qoyulan tutacaqlı dəmir parçasını götürərək, məni ölümlə hədələdi. Köməksiz vəziyyətdə qaldığmdan qoxudan ağlamağa başladım və ona yalvardım. Ancaq bu yalvarışların heç bir əhəmiyyəti olmadı. O çarpayıya uzanıb məni yanına çağırdı və dedi ki, ağrıyıram, mənim alnımı ovxala. Sənə heç nə etməyəcəm. Mən ona yaxın gedən kimi məni zorla çarpayıya uzatdı. Uşaqlıqdan ürəkgetmə xəstəliyim olduğu üçün qoxudan halsız vəziyyətə düşdüm.

Bir də onda ayıldım ki, halsız vəziyyətdə döşəmənin üstündəyəm. Bütün bədənim ağrı içindədi. Budumda və döşək ağında qan izləri var. Bu dəhşət idi. Zorlandığımı başa düşdüm. O heç nə olmamış kimi mənə "narahat olma" dedi. Evə gələndə isə qorxudan heç kimə heç nə demədim. Hər ötən gün isə Samirin mənə qarşı zalım və soyuq olduğunu açıqca hiss etdim. Mən ağlayaraq hər gün ona yalvarırdım ki, niyə məni bədbəxt etdin. O isə bildirirdi ki, bu ləkəni sənin üzərindən götürəcəyəm. Yəni, guya mənimlə evlənəcək. Ancaq onun məni altadığını tam anlayandan və ümidlərim puça çıxdığından ərizə ilə Mingəçevir Polis şöbəsinin rəisi Ələsgər Bədəlova müraciət etdim.

Maraqlıdır ki, mənim uşaqlığımdan istifadə edərək, ərizəmi qeydə almadan onun barəsində tədbir görüləcəyini dedilər. Artıq bütün əməlləri ölkə mətbuatına bəlli olan keçmiş Polis rəisi Ələsgər müəllim açıq şəkildə ona havadarlıq edirdi. Belə ki, o hər dəfə məni yanına çağıraraq bildirirdi ki, o özü şəxsən Samir Həmidov barəsində inzibati tədbir görəcək. Bu bədəməl ağsaqqal rəis məni şirin dilə tutaraq aldatdı ki, səni Samirlə evləndirəcəyəm. Beləliklə, özləri tərəfindən yazılmış izahata məni aldadaraq imza atdırdılar ki, mən Samirlə öz istəyimlə cinsi əlaqdə olmuşam. Nə edəcəyimi bilmirdim. Ona görə də başıma gətirilən biabırçı hadisənin ailəmin və şəhər əhalisinin bilməməsi üçün onunla evlənməyə razı idim. Polis rəisinin nələrinsə qarşılığında Samirə canı-dildən havadarlıq etməsi qol-qanad verirdi.

Elə bunun nəticəsi kimi bu şərəfsiz polis mənə “od qoyaraq” deyirdi ki, mən bu günə kimi çox qızları zorlamışam, onsuz da mənə heç nə edə bilməyəcəksən. Mənim hər yerdə adamlarım var. Özünün dediyinə görə rəis Əlsgər Bədəlovun məsləhəti ilə “mənim ağzımı yummaq” üçün qohumlarına belə bildirmədən mənim nikaha girdi. Sonra isə bildirdi ki, səni 6 aydan sonra boşayacağam. Mən də ailəmin yanında evliliyin həqiqət olmasını və xoşbəxt olduğumu göstərmək üçün kirayədə qalırdım. Ancaq o mənim yanımda qalmırdı. Hərdən bir gəlib məni iradəmin əleyhinə zorla cinsi əlaqədə olurdu. Onun yanıma gəlməsində əsas istəyi mənimlə anal seks yaşamaq idi. Mənim ciddi müqavimət göstərməyimə baxmayraq, məni döyərək istəyini həyata keçirirdi. Hətta yumruq və təpiklə məni elə vurdu ki, böyrüm stolun küncünə dəyərək ağır xəsarət aldım.

Ayılanda isə özümü xəstəxanın əməliyyat otağında gördüm. Kor bağırsağım xəsarət aldığından əməliyyat olundum. Həmin ərəfədə başqa hansı daxili orqanımda əməliyyat aparıldığını isə bilmirəm. Çünki digər orqanlarımda da ciddi narahatçılıq var və bu günə kimi ağrılardan əziyyət çəkirəm. Maraqlıdır ki, həkimlərin dediyinə görə, bundan sonra ana olmaq ehtimalım 50 %-dir. Bütün bu dediklərim həkim arayışları və məhkəmə tibbi-ekspertizasının rəyləri ilə təsdiq olunub. Diqqətinizə çatdırım ki, dəfələrlə Daxili İşlər naziri Ramil Usubova həm Samir Həmidovun, həm də Ələsgər Bədəlovun əməlləri ilə bağlı şikayət ərizəsi ünvanlamışam. Bu müraciətlərdən sonra keçmiş rəis Ələsgər Bədəlov məni yanına çağıraraq təhdid edirdi və deyirdi: ”bu işin dalınca getmə. Burax bu şikayətləri. Onsuz da heç nəyə nail olmayacaqsan. Əgər 17 yaşın olsaydı, bir şey etmək olardı”.

Ağasaqqal bir Polis rəisinin bu davranışları bir gənc olaraq məni dəhşətə gətirirdi. Bir müddətdən sonra mən cənab Ramil Usubovun və Baş prokurorluğun göstərişi ilə İstintaqa nəzarət idarəsnin rəsisi Nazim Abbasovun və DİN-nin məsul əməkdaşı polkovnik Rahib Qarayevin qəbulunda oldum. Onlar ciddi tədbir görüləcəyini dedi. Ancaq hər iki hüquq mühafizə orqanının yüksək rütbəli əməkdaşlarının da qəbulu da nəticəsiz qaldı. Samir Həmidov bu cinayət tərkibli əməllərinin qarşılığında sadəcə “töhmət”aldı. Bütün bunlar qəddarlığı və hədsiz pulgirliyi ilə Mingəçevirdə ad çıxaran Ələsgər Bədəlovun himayəsi altında Samirə açıq şəkildə havadarlıq etməyin dəhşətli nəticəsi idi. Baxmayaraq ki, Samir Həmidov polis adı ilə bir araya sığmayan çirikn əməllər törətmiş, ailənin yeganə övladının namusuna toxunmuş, bir Azərbaycan gəncinin, Azərbaycan xanımının gələcək həyatını məhv etməklə onu bədbəxt etmişdir.

Odur ki, sizdən dönə-dönə xahiş edirəm ki, mənim ayaqlar altına atılaraq pozulmuş hüquqlarımın tanınması (təbii ki itirdiyim namusum geri qayıtmayacaq) və Samir Həmidov kimi şərəfini itirmiş cəllad polisin qanunun ən ali səviyyəsində cəzalandırılmasına nail olmaq üçün mənim müraciətimin cəmiyyətə çatdırlmasına kömək edəsiniz. Bu, bir gənc Azərbaycan qadınının indiyə kimi batırılan haqq səsisidir! Mənim bu çağırışıma səs verin!".
1227 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber