Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2015

Nardaranda 2 İran istehsalı “Aşura” ballistik raketi aşkar edilib!

Bəli. Fəhlələr İmam Hüseyn meydanına lomla qazanda asvaltın altından 2000 kilometr məsafədə hədəfi vuran “Aşura” ballistik raketi üzə çıxıb. Nardaranın hərbi komendantı sevinir. Deyirsiniz, zarafatdı? Yox. Bir gün bu da olacaq. Bura Azərbaycandır! Bəs Nardaranın və dünyadan əli üzülmüş, məscidləri kilidlənmiş nardaranlıların aqibəti necə olacaq? Ballistik raket tapılandan sonra?

Ölkənin vəziyyətinə baxın! Dekabrın 1-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir. Nardaran sakinlərindən başqa heç kim kəndə buraxılmır. Kənddə keçirilən əməliyyatlar zamanı xeyli sayda saxlanılan var. Lakin bu barədə heç bir rəsmi açıqlama verilmir. Və ən acınacaqlısı odur ki, Azərbaycanın tam hüquqlu vətəndaşı olan nardaranlıların Ombudsmana müraciətinə cavab verilmir. Verilmir yox, qoymurlar cavab versin. Əmri gözləyir. Əmri isə prezident verməlidir. Prezident isə öz keyfində…

Bəs nəyə nail olmaq istəyirlər? Düşünürlər ki, bu işgəncə ilə yerli xalqın inamını qıracaqlar? Gülüncdür! Səhv düşünüblər. İman, əqidə, dinə bağlılıq genlərə hoplamış bir şeydir. İnsanı öldürmədən o genləri öldürmək mümkün deyildir…

Bu gün Nardaranda “Aşura” raketi tapıblar. Sabah “Shahab” ballistik raketi tapacaqlar. Və tapa-tapa gedəcəklər…

Mirzə Xəzər
3441 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 11:27