Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2015

İŞİD-çilər tərəfindən zorlanan qız dünya liderlərini ağlatdı

BMT Təhlükısizlik Şurasının iclasında çıxış edən yezidi əslli iraqlı qız dünya liderlərini ağlatdı.

21 yaşlı yezidi Nadya Murad Basi Taha İŞİD əsriliyində məruz qaldığı işkəncə və zorlamadan danışıb. Basinin çıxışı BMT TŞ-nın 5 daimi üzvü olan ölkələrin (ABŞ, Çin, Rusiya, Fransa və İngiltərə) Suriyadakı sülh prosesi barədə verdikləri qətnamə qərarına da öz təsirini göstərib.

Gənc yezidi qadın İŞİD terror qruplaşmasının işkəncə və zorlamadan qadınlara qarşı silah kimi istifadə etdiyini deyib: “Zorlamadan, qadın və qızların normal hıyata qayıda bilməmələri üçün silah kimi istifadə olunur. İŞİD yezidi qadınları bazarda satılan ətə çevirib”.


Yaşadığı kənddən qaçırıldıqdan sonra Mosulda bir evə aparıldığını deyən Nadya Murad minlərlə yezidi qadının İŞİD silahlıları arasında əldən-ələ keçdiyini bildirib: “Məni əvvəl iri cüssəli “canavar” kimi bir nəfər almaq istəyirdi. Hətta o anda da məni döyürdü. Sonra başqa biri gəldi və mən ona, məni alması üçün yalvardım. Çünki digər kişidən çox qorxmuşdum. Amma digər kişi də məni ilk gündən döyməyə başladı. Sonra məni silahlılarla dolu bir otağa atdılar. Özümdən gedənə qədər məni zorladılar”.

Nadya Murad sonra terror qruplaşmasını zərərsizləşdirmələri üçün dünya liderlərinə yalvarıb. Bəzi iclas iştirakçıları onun çıxışını göz yaşları ilə qarşılayıb.

“Burdan sizə yalvarıram. Bu terror qruplaşmasını tamamilə yer üzündən silin” – deyə yezidi qadın çıxışını başa vurub./ans/
1728 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:13