Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2015

Günahdan sonra...

Bir şəxs İmam Baqirdən (ya İmam Sadiq) soruşur:

-Dostlarınızdan (Əhli-beyt dostlarından) biri günaha yol versə, nəticəsi nə olar?
İmam (ə):
-Allah ona xəstəlik göndərər, ağrılar günahının kəffarəsi olar.
-Əgər xəstəlik göndərməsə?
-Ona pis qonşu qismət edər.
-O da olmasa?
-Pis dost yetirər, bu dostun əzabı kəffarə olar.
-Pis dost göndərməsə?
-Həyat yoldaşı (zövcəsi) pis olar, bu yolla kəffarə verər.
-Zövcəsi pis olmasa necə?
-Ölümündən qabaq ona xalis tövbə tövfiqi verər.
-Tövbə edə bilməsə?
-Biz əlindən tutarıq (şəfaət edərik)...

Ayətullah Müctehidi Tehraninin söhbətlərindən

Maraqlıdır ki, bu rəvayəti oxuyan şəxs diqqətini günahdan sonra gələcək xəstəliyə, o biri bəlalara yox, məhz İmamın köməyinə yönəldir.

A.Eyvazov/facebook
1735 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı