Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2015

Ərəbistanda cahillik adət-ənənəsinin müasir forması!

Nur-az.com shia-news.com-a istinadən:
Ərəbistan Həkimlər Cəmiyyətinin sədri bildirib ki, ölkə səviyyəsində uşaqların dünyaya gəlişindən qabaq cinsiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar diaqnostik rentgen və sonoqrafiya təchizatının tətbiqi məsələsi ana bətnində qızlığı məlum olan rüşeymlərə qarşı valideynləri tərəfindən ciddi təhdid yaradır.
Qadınlar və Doğum Cəmiyyətinin baş ginekoloqu Həssan Əbdülcabbar da, deyib ki, Ərəbistan cəmiyyətində qız uşaqlarına qarşı qədim mürtəce ənənə aradan getsə də, hazırda müasir texnologiyanın bizə verdiyi bu imkan valideynlərin qız rüşeymlərinə qarşı qəsdinə şərait yaradır və bunu bir növ onların diri-diri qətli hesab etmək olar.
Artıq Ərəbistanda ölkə səviyyəsində valideynlərin qız rüşeymlərinin abortuna dair qeyri-qanuni hallar vüsət alıb və mətbuatda tez-tez işıqlandırılır. “Ukaz” qəzeti doktor Əbdülcabbara istinadən yazır ki, təbii doğuşla bağlı ağrılardan çəkinən qadınların əksəriyyətində qeyri-təbii əməliyyat yolu ilə doğum prosesinə maraq artıb və bu vəziyyət 30%-ə çatıb.
1357 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber