Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2015

Milli Təbəssüm Nazirliyi

“Yazıq o şəxsə ki, qaraqabaqdır,
Nə gözəl yaraşır insana gülmək!"
(Mikayıl Müşfiq demişdir)

Keçmiş MTN-in keçmiş generalı Akif Çovdarov tutulandan sonra onun kriminal əlaqələri haqda çoxlu yazılar çıxdı, hələ də davam edir. Mən o yazılardan birindəki cümləni heç unuda bilmirəm. Kimsə təkzib vermişdi, deyirdi ki, belə işlərə qarışacağı yoxdur, bunu xüsusi vurğulamaq, bir növ təkzibi gücləndirmək üçün bu cümlədən yararlanmışdı: “Akif Çovdarovun üzünü də görməmişəm”.

Rəhmətliyin oğlu, kim onun üzünü görmüşdü ki? Görənlər nağıl qəhrəmanları kimi daşa dönürdülər. Çovdarovun üzünü axırıncı görənlərdən biri jurnalist Aqil Xəlil olmuşdu, canını güclə qurtarmışdı. Aqil bəyi Bakıda polisin xüsusi təyinatlı dəstəsi qoruyurdu! Ta aeroportda jurnalisti təyyarəyə mindirib Fransaya yola salana qədər hamımız ürəyimizi yemişdik. Çovdarov belə bir dövlətçilik əfsanəsi idi.

Üstəlik, məsəl var, deyir igidin adını eşit, üzünü gör. Yəni əsas ad qazanmaqdır, üzü sonradan görmək olar. İndi, maşallah, Çovdarovun və başqa MTN zabitlərinin çoxlu şəkilləri çıxıb, hamımız baxıb feyziyab oluruq. Maraqlı ittihamlarla bəzədilən bu üzlər bizim xoşbəxt gələcəyimizin qaranquşlarıdır.

Örnək üçün, iki-üç gün qabaq qəzetdə Müəllimlər İnstitutu Mingəçevir filialından bir müəllimin şikayəti vardı. Deyirdi rektor Eldar Mahmudovla əlbir olub onu sıxışdırıb, işdən qovub. Daha sonra Xalça Muzeyində yeyintilər, direktorun qədim xalçaları satıb yerinə “Sədərək”dən alınan palaz-malaz asması ortaya çıxdı. Hətta mədəniyyət naziri muzeyin direktorunu işdən qovdu və dedilər... bu da Mahmudovun bandasına daxil imiş!
“Bu qədər olmaz” düşünsən gərək ardını oxuyardın. Sən demə, Mahmudov və Çovdarov almaz, brilyant həvəskarı olduqlarından Cənubi Afrika Respublikasında səfirliyimizi açıb ordan qiymətli daş-qaş gətirirmişlər. İnandırıcı söhbətə oxşayırdı, çünki Azərbaycanla CAR-ın illik ticarət dövriyyəsi 2 milyon dollar imiş. Bu cür kiçik miqyaslı əlaqə üçün dövlətin səfirlik nəyinə lazım idi? Kiçik respublikayıq, bizə hər ölkədə səfirlik açmaq, bunun xərcinin-borcunun altına girmək vacib deyildi. Ancaq Elmar Məmmədyarovu ofşor hesablara görə Panama səfərinə yollayanlar niyə Eldar müəllimin “üç kiloluq bankada almaz” daşımaq üçün Afrikada səfir saxlamasına pis baxsınlar? Normal bir haldır bizim üçün. Camaat hətta uşağının oxuması üçün ayrıca universitet açır. İstəsən bunu dövlətin təhsilə diqqət və qayğısı kimi qeyd edə bilərsən.

Kim bilir, bəlkə bizim Amerikadakı səfirliyi də hansısa nazir dollar gətirmək üçün açdırıb? Yaponiyada səfirliyimizin məqsədi bir oliqarxın uşağına robot yığdırmaq olmasın? Fransa ilə diplomatik əlaqələrimiz hansısa dövlət xadiminin arvadına təzə çıxan paltarları alması məqsədiylə yaradılmış ola bilərmi? Kim bilir... İstəsən gülə də bilərsən bu sxemlərə. Bu da dövlətin qayğısıdır, çünki alimlərin araşdırmasına görə gülüş ömrü uzadır.

Ciddi araşdırmadır. Sən demə, qabaqlar insanlar ortalama gündə 18 dəqiqə gülürmüş. İndi isə 6 dəqiqədən az gülürlər. Gülüş ürək və ağciyərlər üçün əla məşq imiş. Gülərkən ürək döyünməsi tezliyi artır, beyin isə dincəlir. Xəstəliklərin 70 faizi stressdən yaranır, gülüş isə stressə qarşı ən yaxşı dərmandır. Özü də ən xeyirli gülüş ağızı ayırıb bərkdən gülmək imiş! Cokonda təbəssümü, dodaqucu gülüş, boğazda pıqqıldama-filan işə yaramır, gərək qaqqıltı ilə güləsən.

Z.Hacı/musavat
1646 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:0